!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəstəlik teatrı yoxsa müalicə? - Fazil Məmmədov tanınmaz halda - FOTO

!Reklam – Yazi

Sabiq Vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad edildikdən sonra xəstə olduğu iddiası ortaya atılmışdı.

Bəzi qaynaqlar bildirirdi ki, Fazil Məmmədov xəstə yox, özünü xəstəliyə qoyub. Belə ki, vəzifədən çıxarıldıqdan sonra həm rəsmi orqanlarda qarşılaşacağı bir çox sualları cavablandırmaqdan yayınmaq, həm də vergi adı ilə əvvəlcədən külli miqdarda pul ödətdirdiyi iş adamlarının tələblərindən yayınmaq üçün özünü xəstəliyə qoyub.

Fazil Məmmədovun nazir olduğu dönəmdə həddən artıq spirtli içkilər qəbul etdiyi, xroniki alkoqolizmdən əziyyət çəkdiyinə dair iddialar ortaya atılmışdı. Vəzifədən azad edildikdən dərhal sonra Fazil Məmmədov haqqında ağır xəstədir, xaricdə müalicə alır xəbəri yaylmağa başladı. Hətta eks nazirin Türkiyədə – “American Hastanesi”ndə müalicə aldığı də deyildi.

Başqa bir mənbələr isə Fazil Məmmədovun Türkiyədə istirahət etdiyini bildirirdi.

Bu gün isə aabiq Vergilər naziri Fazill Məmmədov Türkiyədə müalicə edildikdən sonra Bakıya döndüyü ilə bağlı foto yayılıb.

Yenicag.az xəbər verir ki, türkiyəli həkimlər tərəfindən müalicə olunan Fazil Məmmədov müalicəsi bitib və sağalaraq Azərbacana dönüb.

Fazil Məmmədov həat yoldaşı Günay Məmmədova və həkimi Hüseyin bəylə birgə Bakıya qayıdıb.

Fazil Məmmədovun Bakıya dönüş fotosunu təqdim edirik.

Səxavət Məmməd

 

www.yenicag.az

9998
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv