Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Xəstəlikdən əziyyət çəkən xalq artisti: “Halallığımı verdim”  

Uzun müddətdir xəstəlikdən əziyyət çəkən xalq artisti, ustad xanəndə Əlibaba Məmmədov səhhətindən danışıb.

Yenicag.az-a açıqlama verən xanəndə qocalıqdan şikayətlənib:

“Səhhətimdən şikayətlənmirəm. Yaşlı adamam, elə xəstəliyim də yaşla əlaqədardır”.

Vaxtilə mahnılar bəstələyən illərin sənətkarı yaradıcılığına nöqtə qoyduğunu deyib:

“Vaxtilə saysız-hesabsız mahnılar bəstələmişəm. Bir çox tanınmış müğənnilər onları oxuyub. Heç birinə də qadağa qoymamışam. Mən onların ifasından narazı deyiləm, qoy oxusunlar. Niyə etiraz edim axı? Mahnı yaşamalıdır. Hərəsi mahnılarıma bir cür nəfəs verib. Heç vaxt mahnılarımı pulla satmamışam. Hamısına halallığımı vermişəm. Hərdən soruşurlar ki, niyə yeni bəstələr yoxdur? Deyirəm ki, daha qocalmışam, 90 yaşım var, yaratdıqlarım kifayətdir”.

Cəvahir

www.yenicag.az

4852
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS