!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xəstəliklə çarpışan tanınmış aktyor - Müalicəsinə 30 min avro lazımdır

!Reklam – Yazi

Tanınmış aktyor Allahverdi Yolçuyevin bir müddət öncə səhhətində yaranan problemlər hələ də aradan qalxmayıb.

Yenicag.az-a açıqlama verən aktyor bu xəstəliyin müalicəsinin Türkiyə və Rusiyada mümkün olduğunu bildirib. Müalicə üçün tələb olunan pul isə onda yoxdur:

“Bəzi insanlar elə bilir ki, yataq xəstəsiyəm, amma elə deyil. Xəstəliyim beyin ilə əlaqədardır, əlim əsir. Çoxdan beləyəm, səhhətimdə heç bir irəliləyiş yoxdur. Bu xəstəliyi Türkiyə və Rusiyada müalicə etmək olar, amma bunun üçün də külli miqdarda maddiyyat tələb olunur. Maraqlandım və bildiyim qədər bu xəstəliyin müalicəsi 20-30 min avroya başa gəlir. Amma məndə “parkinson” deyil, yəni hələ o dərəcəyə çatmamışam, bəlkə də müalicə bundan da ucuz qiymətə başa gələr. Xeyirxah insanlar çoxdur, amma mənimlə maraqlanan yoxdur”.

Aktyor ona qarşı olan biganəlikdən məyus olduğunu və özünə qapandığını da deyib:

“42 il bu sənətə can vermişəm, tamaşaçı kütləsi qazanmışam. İndi özümə qarşı laqeydlik görəndə küsürəm, inciyirəm. Hərdən deyirəm ki, telefonu söndürəcəm, heç kimlə ünsiyyət qurmayacam. Sağ olsun ailəm, nəvələrim, sənət dostlarım məni ruhdan düşməyə qoymur”.

Cəvahir

www.yenicag.az

497
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv