Xəstəliklə çarpışan xalq artisti kövrəldi: “Əlacım yoxdur…” – Yenicag.Az

Reklam

Reklam

Uzun müddətdir ki, insult xəstəliyindən əziyyət çəkən xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəyli səhhətindən danışıb.

Yenicag.az-a açıqlama verən aktyor havaların isti keçməsinə görə əziyyət çəkdiyini deyib: “İsti hava səhhətimə mənfi təsir edir. Məlum səbəblər üzündən işıqlar iki gün keçdi, dözülməz oldu. Bir yandan nəfəs almaq mümkünsüz idi, bir yandan da televizora baxa bilmədim. Xəstə olduğum müddətdə vaxtımı televizora baxmaqla keçirirəm. Çünki, başqa əlacım yoxdur, yaradıcı adam üçün dörd divar arasında çox çətindir”.

Xalq artisti son vaxtlar diqqət çəkən, açıq-saçıq kadrlarla bol olan kommersiya filmlərinə də münasibət bildirib. O, vaxtilə özünün ekranlaşdırdığı “Bəxt üzüyü” filmini də xatırladıb:

“Mentalitetimiz filmlərdə açıq-saçıqlığı qəbul etmir. Bəzən həddi aşırlar. “Bəxt üzüyü” filmində müəyyən kadrlar vardı, məsələn, Moşu ilə Sedanın otaqda dialoqu. Burada da çalışdım açıq-saçıqlıq, bayağılıq olmasın. Yeni film çəksəm, bu ənənəmə sadiq qalacam, aktrisaları abırlı tərzdə təqdim edəcəm”.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3438
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.