Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Xəstəliklə mübarizə aparan Kərim kövrəldi: “Ən böyük təsəllim...”

Bu gün tanınmış meyxana ustadı Kərimin doğum günüdür.

Bir ilə yaxındır ki, xəstəliklə mübarizə aparan sənətkar özünə təmtəraqlı doğum günü keçirməyəcək.

Yenicag.az-a açıqlama verən Kərim səhhətində irəliləyişlər olduğunu bildirib. Özəl gününü ailəsi ilə birgə qeyd edəcəyini deyən meyxana ustadı ən böyük arzusunu da dilə gətirib: “Arzum nə ola bilər ki… Sağalmaq və əvvəlki sağlam həyatıma qovuşmaq…”.

35 yaşına həsr etdiyi “Ən böyük təsəllim…” şeirini də xatırlayıb:

Hər dəfə ad günün qeyd olunanda,
Təriflə göylərə ucalıram mən.
Hamı deyir-gülür, lakin unudur,
Artıq bir yaş da qocalıram mən.

Ağ saçlara rəğbət bəsləməsəm də,
Zaman ağardacaq qara telləri.
Mən özüm istəsəm, istəməsəm də,
Ötür yavaş-yavaş gənclik illəri.

Qara saçlarıma yağsa da ağ qar,
Gənclik illərimə əssə küləklər,
Mənə ümid verən bir təsəlli var,
Heç zaman qocalmır sevən ürəklər.

Cəvahir

www.yenicag.az

4954
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS