Xəstəliklə mübarizə aparan Musa Yaqubun ailəsi: “Daha bacarmır”

Bayram günlərində şair Ramiz Rövşən və digər yaxın dostları xəstəliklə mübarizə aparan Musa Yaquba baş çəkib.

Bu barədə Yenicag.az-a Musa Yaqubun gəlini açıqlama verib:

“Şairi ziyarət etmək üçün xarici ölkələrdən, Bakıdan və Azərbaycanın digər bölgələrindən Buynuz kəndinə gəlirlər. Bu yaxınlarda Ramiz Rövşən də onu ziyarət etdi. Musa Yaqub onu görüb çox kövrəldi. Xəstəlik onu haldan saldığı üçün yeriyə bilmir. Buna görə çox darıxır. Gəzmək istəyir. Danışığında da problemlər var, daha bacarmır, şeirlərini deyir, oğlu kağıza köçürür. Xəstəxanalarda çox oldu, həkimlər müalicə etdilər. Bir müddət əvvəl vəziyyəti yaxşı idi, irəliləyiş vardı, indi yenə də yorğan-döşəkdədir. Bir yandan xəstəlik, bir yandan da yaş özünü göstərir”.

Cəvahir

musa

COP29