Türkiyənin Düzcə şəhərində oynaq ağrısından əziyyət çəkən xəstənin dizindən çıxanlar həkimləri təəccübləndirib.
Yenicag.az xəbər verir ki, Universitet Xəstəxanasının açıqlamasına görə, diz ağrısı şikayəti ilə həkimə müraciət edən xəstə endoskopik üsulla əməliyyat edilib.
Ortopediya və travmatologiya şöbəsində əməliyyat edilən xəstənin dizindən xalq arasında “oynaq siçanı” olaraq bilinən qığırdaq və sümüyün tamlığının pozulması nəticəsində yaranan 41 parça çıxıb.