!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəstəxana direktorunu bitirən NƏFSİ: 10 min pul, viski və meyvə şirəsi... - İşdən qovuldu

!Reklam – Yazi

İcazəli olan xəstəxana əməkdaşından 10 min lirə rüşvət tələb edən direktor vəzifəsindən kənarlaşdırılıb.

Yenicag.az xəbər verir ki, hadisə Türkiyənin Ədirnə şəhərində yaşanıb.

Məlumata görə, xəstəxana əməkdaşı Xəlil Bozqır həmin tibb müəssisəsinin direktoru Həsən Dədələrdən 5 gün müddətinə icazə alıb.

Daha sonra “WhatsApp”dan Xəlil Bozqıra mesaj yazaraq, baş həkimin onun haqqında protokol tərtib etdiyini, məsələnin yerindəcə həlli üçün 10 min lirə verməli olduğunu qeyd edib.

Bununla kifayətlənməyən direktor Bozqırdan xəstəxanaya gələrkən viski və meyvə şirəsi almağı da tapşırıb.

Xəlil Bozqırın məsələ ilə bağlı aidiyyatı orqanlara şikayətindən sonra xəstəxana direktoru Həsən Dədələr vəzifəsindən azad edilib.

Aqil Bəkir

www.yenicag.az

1842
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv