Xəstəxana raket atəşinə tutuldu – Ölənlər və yaralananlar var

Suriyanın Skalbiya şəhəri silahlılar tərəfindən raket atəşinə tutulub, nəticədə 5 dinc sakin həlak olub, 12 nəfər yaralanıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

V.Kupçişinin sözlərinə görə, “Həyat Təxrir əş-Şam” terrorçu təşkilatının silahlıları “İdlib deeskalasiya bölgəsi”ndən Skalbiya yaşayış məntəqisini, reaktiv yaylım atəş sistemindən beş dəfə atəşə tutublar:

“Terrorçular ümumilikdə 38 raket atıblar. Raketlərdən bir neçəsi Skalbiya Milli Xəstəxanasına dəyib. Suriyanın təcili xidmətlərinin verdiyi məlumata görə, beş dinc sakin həlak olub, 12 nəfər yaralanıb”./Trend/