Xəstəxanada güclü yanğın – TƏXLİYƏ/FOTO

Türkiyənin şimal-şərqindəki Siirt vilayətində xəstəxanada yanğın hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə ilə əlaqədar xəstəxana heyəti və xəstələr təxliyə olunub.

Yanğının elektrik naqillərində qısaqapanma nəticəsində baş verdiyi bildirilib.