Xəstəxanada kimyəvi maddə dağıldı – Xəstələr təxliyə edildi

Ankarada xəstəxanaların birinə kimyəvi maddə dağılıb.

Yenicag.az xəbər verir ki, hadisə Etlik Zübeyde Xanım Xəstəlikləri Təhsil və Araşdırma xəstəxanasında baş verib.

Belə ki, kimyəvi maddə xəstəxana kolidoruna dağılıb. 19 əməkdaşın müxtəlif dərəcədə zərər çəkib. Onların həyatı təhlükəsinin olmadığı bildirilib.

Xəstələr təxliyə edilib. Xəstəxanada təmizləmə və təhlükəsizlik işləri aparıldıqdan sonra yenidən fəaliyyətə başlayıb.

Hadisə ilə bağlı araşdırma başladılıb.