Xəstəxanadan qan içində olan yaralıya biganəlik – Gəncədə (Fotolar)

Ötən gün Gəncədə xoşagəlməz hadisə yaşanıb.

Yenicag.az xəbər verir ki, Zaur Qurbanov adlı şəhər sakini yaralı halda yerdə uzansa da, ona ilkin tibbi yardım həddindən artıq çox gec olunub.

Bu barədə hadisə şahidləri saytımıza məlumat veriblər. Məsələ burasındadır ki, yaralı şəxs Gəncə Beynəlxalq Xəstəxanasının qarşısında yerdə uzanıqlı vəziyyətdə qalıb. Buna baxmayaraq, xəstəxanadan heç kim qan içində yatan şəxsə müdaxilə etməyib. Hadisə yerinə vətəndaşların çağırdığı təcili tibbi yardımın əməkdaşları isə 1 saatdan sonra gəlib.

Qeyd edək ki, məlumat verən Gəncə sakinləri həmin şəxsin hansı səbəbdən yaralandığını dəqiqləşdirə bilməyiblər.

COP29