!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Xəstəxanalardakı ölüm halları o zaman azalacaq ki..." - Millət vəkili

!Reklam – Yazi

“Xəstəxanalardakı ölüm hallarının əksəriyyəti həkim səhlənkarlığı səbəbindən baş verir”.

Bu fikri Yenicag.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev son zamanlar xəstəxanalarda ölüm hallarının artmasına münasibət bildirərkən deyib. O, qeyd edib ki, əgər bu cür hallar həkim səhlənkarlığı səbəbindən baş verirsə, burda cinayət əməli var, əks təqdirdə isə Allahın qismətidir:
“Xəstəxanada ölüm baş verə bilər. Ağır xəstəlikdən əziyyət çəkən şəxs müalicə olunmaq üçün xəstəxanaya müraciət edir və heç bir irəliləyiş baş vermədikdə dünyasını dəyişir. Bu, artıq Allahın qisməti, alın yazısıdır. Bəzən əməliyyat zamanı hər hansısa ağırlaşma baş verir və xəstə ölür. Bütün dünyada ölüm hallarının əksəriyyəti daha çox xəstəxanalarda baş verir. Əgər xəstə həkimlərin səhlənkarlığı, düzgün diaqnozun qoyulmaması, reseptin səhv yazılması və müalicənin yanlış aparılması səbəbindən dünyasını dəyişirsə, bu işdə artıq cinayət əməli var. Amma istənilən halda xəstənin yaxınları, onun hüquqi varisləri istər hüquq-mühafizə orqanlarına, istərsə də ali icra orqanlarına və yaxud Səhiyyə Nazirliyinə şikayət edərək, öz etirazlarını bildirə bilərlər.

Bəzi hallarda bizə də özəl klinikalarda yüngül əməliyyatlar zamanı xəstələrin ölüm faktları barədə məlumatlar daxil olur. Təbii ki, narahatedici faktdır. Bu səbəbdən də ölüm və ağırlaşma halları peşəkarlar tərəfindən araşdırılmasa, dəqiq qiymət verilməsə, hər hansısa bir fikir bildirmək doğru deyil. Buna görə də düşünürəm ki, istənilən ölüm halı həmin klinikanın rəhbərliyi, lazım gələrsə, Səhiyyə Nazirliyi və müraciət olunarsa, hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Həmin araşdırmaların nəticələri barədə isə Kütləvi İnformasiya Vasitələrinə məlumat verilməlidir. Araşdırılma aparılmadığı təqdirdə isə yenə də KİV-lərə məlumat ötürülür və nəticədə, kimsə həkimi, kimsə də xəstəni günahlandırır. Bununla da insanlarda həmin klinika və həkim haqqında mənfi fikirlər formalaşır”.

Millət vəkili ölüm hallarının azaldılması üçün bir sıra tədbirlərin görülməsinin vacibliyini də vurğulayıb:

“Ölüm riskinin azaldılması üçün həkim səhlənkarlığı olmamalı, düzgün diaqnoz qoyulmalı, əməliyyatdan öncə danışıqlar aparılmalıdır. Yəni xəstənin əməliyyat olunması üçün bir həkim qərar verməməlidir. Daha sonra dərmanların, xüsusilə də narkoz üçün nəzərdə tutulan preparatların keyfiyyəti mütləq şəkildə yoxlanılmalıdır. İlkin yardım üçün bütün xəstəxanalarda lazımi avadanlıqlar olmalıdır. Bunları isə saymaqla bitməz. Gedən müalicə bütün hallarda protokollara uyğun şəkildə aparılmalıdır”.

Əməliyyat qiymətlərinin bahalığından da söz açan deputat vurğulayıb ki, bazar iqtisadiyyatında klinikalara bu proses üçün qadağa qoymaq mümkün deyil:

“Bazar iqtisadiyyatı şəraitində heç kim klinikalara əməliyyat qiymətləri ilə bağlı qadağa qoya bilməz. Lakin dövlət həmin klinikaların vergilərini azaltmaqla, kommunal xidmət haqlarını güzəştə getməklə bunu tənzimləyə bilər. Qeyd edim ki, dövlət xəstəxanalarında şərait daha yaxşı olsa, müalicə və müayinə daha peşəkar şəraitdə aparılsa, özəl xəstəxanalara müraciət edən insanların sayı azalmış olar. Bunlar müvəqqəti çətinliklərdir. Hesab edirəm ki, inzibati tibbi sığorta tətbiq olunandan sonra bu proseslərin hamısı tənzimlənəcək”.

Elvin Paşazadə

www.yenicag.az

2505
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv