Xəstəxanalardan oğurluq edən şəxs saxlanıldı
Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə rayon ərazisində yerləşən hospitalların birində orada işləyən qadının çantasından kosmetik əşyalarının və bank kartının oğurlanması, həmçinin kartından 1316 manat pulunun çıxarılaraq mənimsənilməsi barədə müraciət daxil olub.
Yenicag.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş E.Fərzəliyev müəyyən edilərək saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində yerləşən digər bir hospitalda həkimlərdən birinin içərisində pulu, mobil telefonu və pulqabısı olan çantasını dolabdan oğurlaması da müəyyən edilib.