Xəstəxanaya yerləşdirildiyi deyilən tanınmış reper Anar Nağılbaz özünü yaxşı hiss edir.
Yeniçag.az-a açıqlama verən reper harda olduğunu gizlin saxladı:
“Xahiş edirəm, bu məsələni çox şişirtməyin, burda nə var axı? Soyuqlamışam, öd kisəmdə problemlər var, arada da təzyiqim yüksək olur. İstədim bir az müalicə alım və həm də mediadan, söz-söhbətlərdən uzaq olum. İndi yaxşıyam. Harda olduğumu da demək istəmirəm”.
Reper bu günlərdə evlənib, birdəfəlik Amerikaya köçəcəyi ilə bağlı yayılan xəbərə də münasibət bildirib:
“Yalandır. Ailə quracağım xanım azərbaycanlıdır. Biz ailə qurub, elə Bakıda da yaşayacağıq. Amerikaya isə çəkiliş üçün gedəcəm. Orda bir həftə qalmaq fikrindəyəm. Belə əsassız söz-söhbəti niyə yayırlar axı?”.
Cəvahir