Xəstəxanaya yerləşdirilən məşhur aparıcının SON DURUMU

Xəstəxanaya yerləşdirilən tanınmış aparıcı və şoumen Kamran Həsənlinin səhhəti yaxşıdır.

Yenicag.az-a açıqlama verən aparıcı ümumi halsızlıq şikayəti ilə xəstəxanaya yerləşdirildiyini bildirib:

“Səhhətimdə ümumi zəiflik oldu və xəstəxanaya müraciət etdik. Ailəm də buradadır, müalicə olunuruq. Onu deyə bilərəm ki, Tanrı sizi qorusun!”

Qeyd edək ki, Axşam.az-ın xəbərinə görə Kamran Həsənli və ailəsi koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib.

Cəvahir