!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xətai polisi əməliyyat keçirdi: YAXALANANLAR VAR - VİDEO

!Reklam – Yazi

Xətai Rayon Polis İdarəsinin əməkdaşları daxil olmuş məlumatlar əsasında son 1 həftə ərzində “Əhmədli”, “NZS”, “Həzi Aslanov” qəsəbələri, Mirzə Davud, Məhəmməd Hadi küçələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 27 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər məhkum olunmuş şəxslərdir.

Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ narkotik maddə aşkar edilib. Onlar əldə etdikləri narkotiklərin istifadəsi ilə yanaşı qeyd edilən ərazilərdə satışını təşkil ediblər. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv