Paytaxtın Xətai rayonu Rəşid Bağırov 36 ünvanında içməli suyun küçəyə axdığı iddia edilir.
Bu barədə baku.ws-in “qaynar xətti”nə daxil olan şikayətə görə, vəziyyət 5 aydan çoxdur belədir.
Bildirilir ki, hadisə ilə bağlı dəfələrlə “Azərsu” ASC-yə müraciət edilsə də, məsələyə baxılmır.
“Hər kəsin istifadə etdiyi gedişli-gəlişli yoldur. Sentyabr ayından “Azərsu” ASC-nin qaynar xəttinə yüzlərlə zəng olunub. Lakin axıntı olan yer təmir edilmir. Ümumiyyətlə məsələyə baxan yoxdur”.
Problemlər bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, məsələ ilə əlaqədar Xətai rayon sukanal idarəsinin baş mühəndisinə məlumat verilib. Problem fərdi xətlərlə bağlıdır və tədbir görüləcək.
Həmin videonu təqdim edirik: