Xətai rayonunda sürüşmə oldu

Bakı şəhəri, Xətai rayonu ərazisində torpaq sürüşməsi olub.

Yenicag.az xəbər verir iki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib.

O bildirib ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hadisə yerindədir: “Son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur. Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək”.

COP29