!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xətai rayonunda yaşayış binasının yanması nəticəsində dəyən ziyanın miqdarı açıqlanıb

!Reklam – Yazi

yanan-bina-500x333Ötən il aprelin 10-da Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində dəyən ziyanın miqdarı məlum olub.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, dəymiş ziyan 904 min manat məbləğində müəyyənləşdirilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verlməsini istəyib. Dövlət ittihamçısı cinayət işi üzrə təqsirləndirilən, sonradan vəfat edən Nüsrət Muxtarovla bağlı işə xitab verilməsini istəyib.

Xatırladaq ki, ötən il aprelin 10-da Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov həbs edilib.

Xatırladaq ki, təqsirləndirilən Nüsrət Muxtarov təcridxanada vəfat edib. Məhkəmədə onun hüquqi varisi Asif Muxtarov iştirak edir.

Yeniçağ.Az

www.yenicag.az

535
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv