Xətaidə yanğın baş verdi

Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində sökülməkdə olan tikilidə yanğın baş verib.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ikimərtəbəli tikilidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.