Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Xətainin heykəli götürülür? - Nəqliyyat Agentliyi təsdiq, Nazirlik təkzib edir... - Rəsmi

Bakıda, Yusif Səfərov küçəsindəki Şah İsmayıl Xətainin heykəli götürüləcək. APA-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Qurum rəsmisi bildirib ki, heykəlin köçürülməsinə səbəb həmin ərazidə nəzərdə tutulan yol kəsişməsidir:

“Zərurət yaranarsa, paytaxtın Yusif Səfərov küçəsində aparılan optimallaşdırma işləri çərçivəsində adıçəkilən küçədə yerləşən Şah İsmayıl Xətainin heykəlinin yeri dəyişdirilə bilər. Bu, yalnız bizdən asılı deyil. “Yolların Optimallaşdırılması Layihəsi” çərçivəsində heykəlin yerinin dəyişdirilməsi zərurəti yarana bilər. Bunun üçün müvafiq qurumlara müraciət olunacaq və yalnız onların razılığı ilə köçürülmə baş tutacaq”.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirdi ki, Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı təmsil olunduğu quruma hər hansı bir məlumat və müraciət daxil olmayıb:

“Hazırda heykəlin yerinin dəyişdirilməsi məsələsi müzakirə olunmur. Bu dəqiqələrə qədər bizdə Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı hər hansı bir məlumat yoxdur. Sabah nə olacaq, o barədə deyə bilmərəm. Gələcəkdə dövlət əhəmiyyətli hər hansı proqram həyata keçirilərsə, abidənin yerinin dəyişdirilməsi mümkün ola bilər”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

516
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM