Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Xətainin icra başçısı ağacları məhv edib, obyekt tikdirdi - FOTOLAR

Bir müddət əvvəl Bakının Xətai rayonunda məhv edilən ağacların yerində obyekt tikilib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, təxminən 4 sotu əhatə edən ərazidə yaşıllığın yerinə ticarət mərkəzi inşa edilib.

Sarayevo küçəsində yerləşən sözügedən obyektin Xətai rayonu icra başçısı Razim Məmmədova məxsus olduğu bildirilir.

Qeyd edək ki, metronun “Əhmədli” stansiyasının yaxınlığında iki yolun ortasında yerləşən bağda 30-a yaxın ağac məhv edilib.

Xatırladaq ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinə əsasən, magistral avtomobil yollarında və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə görə fiziki şəxslərə iki min beş yüz manat, vəzifəli şəxslərə altı min manat, hüquqi şəxslərə qırx min manat miqdarında cərimə kəsiləcəyi nəzərdə tutulub.

Emin Səfərov

www.yenicag.az

2189
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS