Xəyal Canıyev Top Kingin ən güclü 4 idmançısı ilə mübarizəyə qoşulacaq – FOTO

Top King-in ən güclü 4-lüyündə yer alan idmançımız Xəyal Canıyev məşqçisi Fərrux Məmmədovla Moskva şəhərində DAİ və Dünya Azərbaycanlıları Mədəniyyət fondunun prezidenti tanınmış iş adamı Fizuli Məmmədovla görüşüb.

Yenicag.az xəbər verir ki, Xəyal Canıyev, 13 İyunda Rumuniyanın paytaxtı Buxarest şəhərində 70 kilo çəkisində “Dünya Azərbaycanlıları Mədəniyyət” fondunun dəstəyi ilə Top Kingin ən güclü 4 idmançısı ilə mübarizəyə qoşulacaq.

Qeyd edək ki, “Best Of the Best”in idmançısı Xəyal Caniyev Tailand boksunun canlı əfsanəsi Buakav Bençamek üzərində parlaq qələbə qazanıb. Bundan sonra idmançımız Laosda alban Eddi Patsini məğlub edib.