!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəyal Məmmədxanlı «Kasko Butik» layihəsini TƏRK ETDİ - AÇIQLAMA

!Reklam – Yazi

Azərbaycanın sığorta bazarının tanınmış mütəxəssisi, uzun illər bank və sığorta sektorunda mühüm vəzifələr tutmuş və bir sıra sığorta şirkətlərinə rəhbərlik etmiş Xəyal Məmmədxanlı «Kasko Butik» layihəsini tərk edib.

Bu barədə Fed.az-a X.Məmmədxanlı özü açıqlama verib. Xatırladaq ki, Xəyal Məmmədxanlı indiyədək “Zaman Sığorta və Təkrar Sığorta üzrə Broker” MMC də Baş kommersiya direktoru idi və həmin şirkətin «Kasko Butik» layihəsinə rəhbərlik edirdi.

O bildirib ki, indiyədək rəhbərlik etdiyi layihədə bundan sonra məsləhətçi kimi əməkdaşlıq edəcək: «Son zamanlarda KASKO BUTİKlə bağlı məsələlərdə adımı 100 lərlə rəydə qeyd etdiyiniz halda cavab verməmişəm, susmaq isə mənim xarakterimə uyğun deyil. Ona görə də bütün dostlarıma bir açıqlama borcluyam. Artıq may ayının 20 dən etibarən Kasko Butiklə sadəcə konsultant kimi əməkdaşlıq edirəm. Ona görə də nə qiymət artımı, nə də şirkətin yeni strategiyası mənim qərarım deyil. O cümlədən şikayətləri də mənə ünvanlamamağınız xahiş olunur. Mənim yeni işlərim və layihələrim barədə tezliklə xəbərdar olacaqsınız».

Xatırladaq ki, «Kasko Butik» layihəsi «Zaman sığorta və təkrarsığorta brokeri» şirkətinin layihəsi idi. Bu layihə çərçivəsində müştərilərə fərqli qiymətə və keyfiyyətdə kasko sığorta xidmətləri göstərilirdi.

Xatırladaq ki, Xəyal Məmmədxanlı 2000-ci ilin iyul ayından 2002-ci ilin yanvar ayına kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Xarici Sərmayələr İdarəsi, Baş mütəxəssis və «Atəşgah» Sığorta şirkətində hüquqşünas vəzifəsində işləyib. Yanvar 2002 – Mart 2002 tarixlərində «Atəşgah” Sığorta Şirkəti, Hüquq və Zərərlərin tənzimlənməsi şöbəsinin müdiri, Mart 2002 – Yanvar 2003 tarixlərində «Beynəlxalq Sığorta Şirkəti» MMC, İdarə heyətinin Sədri, Yanvar 2003 – Dekabr 2005 tarixlərində «Beynəlxalq Sığorta Şirkəti» MMC, Müşahidə Şurasının Sədri, İyun 2006 – Yanvar 2007 tarixlərində Turquoise MMC, Baş Direktor, İyul 2008 – İyun 2009 tarixlərində “AZFİNANSBANK” ASC, Müşahidə Şurasının sədri, Yanvar 2007 – Sentyabr 2009 tarixlərində «AzSığorta» ASC – nin İdarə heyəti sədrinin müavini, Sentyabr 2009 – Aprel 2010 tarixlərində AZBARTER MMC, Prezident, Aprel 2010 – İyun 2011 tarixlərində “ALFA SIĞORTA” ASC[5], Direktorlar Şurasının sədri, Oktyabr 2011 – Fevral 2013 tarixlərində “Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası” ASC, İdarə heyətinin üzvü və Mərkəzi Aparatın rəhbəri, May 2013 – Sentyabr 2014 “Avesta” Konserni, İdarə heyətinin üzvü və Mərkəzi Aparatın rəhbəri, Vitse Prezident vəzifələrində işləyib.

2014-cü ilin sentyabr ayından etibarən “ARK” Business Solutions şirkətinin Təsisçi və ortağıdır. 2020-ci ilin mayına qədər isə “Zaman Sığorta və Təkrar Sığorta üzrə Broker” MMC də Baş kommersiya direktoru və Kasko Butik layihəsinin rəhbəri olub.

www.yenicag.az

726
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv