“Xəyanətindən şübhələndim, öldürdüm” – Sevgilisini qətlə yetirən kişi

30857Başqası ilə münasibətindən şübhələnirdim, öldürdüm.

Bunu paytaxtın Binəqədi rayonunda sevgilisini öldürən Fəhmin Qədimov ifadəsində deyib.

Hüquq-mühafizə orqnlarından verilən xəbərə görə, Sədaqət Əsgərovanı boğaraq qətlə yetirən qeyri-rəsmi yaşadığı şəxs qısqanclıq zəminində bu addımı atıb.

F.Qədimov bildirib ki, hadisə baş verən mənzili bir müddət əvvəl kirayə götürüb. Onun sözlərinə görə, həmin ünvanda S.Əsgərova ilə qeyri-rəsmi nikahda yaşayıblar. F.Qədimovun sözlərinə görə, hadisə baş verən vaxtı S.Əsgərova ilə mübahisə edib və elektrik naqili ilə qadını boğaraq öldürüb.

Qatil söyləyib ki, onların son günlər münasibətləri soyuyubmuş. Fəhmin Sədaqətin başqası ilə görüşməsindən şübhələnibmiş.

Hadisə rayonun 9-cu mikrorayon, Cavadxan küçəsində qeydə alınıb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.