Mayın 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecin “Sosial iş” ixtisasının təşəbbüsü ilə “Bir ürək sevindirək” xeyriyyə yarmarkası keçiriləcək.
Kollecdən Yenicag.az-a bildirilib ki, yarmarkada kollecin tələbələrinin hazırladığı yemək və əl işlərinin satışı, eyni zamanda, əyləncəli proqram təşkil olunacaq.
Əldə olunan gəlir sosial təminatı aşağı olan tələbələrə sərf ediləcək