Xəzər dənizində 4 bal gücündə zəlzələ oldu

Xəzər dənizində zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ saat 03:56-da qeydə alınıb.

Zəlzələ 4 bal gücündə, 56 km dərinlikdə olub.