Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Xəzər dənizində baş verən qəzanın SƏBƏBİ açıqlandı/YENİLƏNDİ

Xəzər dənizində “Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan “İsrafil Hüseynov” borudüzən gəmisində yanğın boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda qəza nəticəsində partlayış baş verib.

Baş verən yanğın nəticəsində müxtəlif dərəcəli yanğın xəsarətləri alan 14 nəfər “Citadel” gəmisi vasitəsi ilə gecə saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.

Şirkət qeyd edib ki, baş verən hadisə zamanı gəmi heyətindən xəsarət alan olmayıb və hazırda gəminin gələcək təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur: “Saipem” şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaq”.

***

09:00

Xəzər dənizində borudüzən gəmisində baş verən qəza nəticəsində 14 nəfər xəsarət alıb.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə “Saipem” şirkətindən bildiriblər.

Şirkət qeyd edib: “Mayın 8-də, təqribən saat 18:30 radələrində “Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan “İsrafil Hüseynov” borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb və hal hazırda “Citadel” gəmisi vasitəsi ilə Bakı sahilinə çatdırılması işləri aparılır”.

“Saipem” həmçinin bildirib ki, gəminin 01:45 radələrində sahilə çatması gözlənilir: “Yaralananları dərhal Mərkəzi Nefçilər Xəstəxanasına çatdırmaq üçün limanda təcili tibbi yardım maşınları hazır şəkildə gözləməkdədir. “Saipem” şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaqdır”.

Şirkətdən verilən məlumata əsasən, gəmidə baş verən yanğın söndürülüb.

www.yenicag.az

3757