Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.
Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, Milli Hidrometeorologiya Departamentinin saat 20:00-a olan məlumatına görə, şimal-qərb küləyi arabir Bakıda 35 m/s, Sumqayıt və Pirallahıda 34 m/s, Neft daşlarında 31 m/s-dək güclənib, dalğanın hündürlüyü 7 metr olub.
Sumqayıt, Bakı, Binə, Maştağa, Zabrat, Pirallahı, Naxçıvan, Ordubad, İsmayıllı, Mərəzə, Altıağac, Xaçmaz, Quba, Qusar, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Biləsuvar, Lənkaran, Neftçala, Şabran, Nabranda yağış yağıb.
Xaltan, Qırız, Xınalıq, Şahdağda qar yağıb.