Xəzər dənizinin Azərbaycan sahillərində 3,3 maqnituda gücündə zəlzələ olub.
Yenicag.az AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 17:30:00-da qeydə alınıb.
Onun dərinliyi 45 km təşkil edib. Zəlzələ hiss olunmayıb.