Xəzər dənizində zəlzələ baş verdi

Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, yerli vaxtla saat 13:11-də Lənkaran stansiyasından 22 km cənub-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

Zəlzələnin dərinliyi 25 km, maqnitudası 3,0 bal olub.

Zəlzələ hiss olunmayıb.

COP29