Xəzər dənizində zəlzələ olub.
Bu barədə Yenicag.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 07:49-da qeydə alınıb. Zəlzələ 3,8 bal gücündə olub, zəlzələ ocağı 68 kilometr dərinlikdə yerləşib.