Qala stansiyasından 133 kilometr şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.
Yenicag.az verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında bildirilib.
Məlumata görə, oktyabrın 11-də yerli vaxtla saat 23:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.8-ə bərabər olub.
Zəlzələnin ocağı 68 kilometr dərinlikdə yerləşib.