Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Xəzər dənizini çirkləndirən şirkətlər – Adları açıqlandı

Xəzər dənizinin çirklənmədən qorunması, ətraf mühitə atılan tullantıların azaldılması, insanların sağlamlığına, ümumiyyətlə, təbiətə mənfi təsir göstərən amillərin qarşısının alınması Azərbaycan dövlətinin və dövlət başçısının ETSN-nin qarşısına qoyduğu əsas məsələlərdən biridir.

Yenicag.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsalam Qəmbərov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ətraf mühitə və Xəzər dənizinə atılan tullantıların maksimum dərəcədə azaldılması bu günün ən vacib tələbidir.

“Xəzər dənizi daha çox təsərrüfat-məişət tullantı suları və neft-qaz hasilatında əmələ gələn lay suları ilə çirkləndirilir. Lay suları ilə dənizi çirkləndirən obyektlər əsasən “Suraxanı Oil Company”, “Balakhanı Operating Ltd” əməliyyat şirkətləri və Azgerneft MMC-dir. Təəssüf ki, bu müəssisələrdə əmələ gələn tullantı suları təmizlənmədən birbaşa Xəzərə axıdılır”.

Belə çirklənmənin qarşısının alınması işlərindən danışan mütəxəssis qeyd edib, Azneft İstehsalat Birliyinin “Abşeronneft”, “Bibiheybət”, H.Z.Tağıyev, N.Nərimanov adına neft-qazçıxarma idarələrinin istehsalat sahələrində və Binəqədi Əməliyyat şirkətində əmələ gələn lay suları düzgün idarə olunur:

“Yəni bu gün sözügedən müəssisələrdən Xəzərə heç bir tullantı suyu axıdılmır. Deməli, digər çirkləndiricilər də istəsələr, bunu edə bilərlər.

Xəzər dənizində ekoloji vəziyyətin yaxşılaşdırılması ETSN-nin birbaşa funksiyalarına aiddir, ona görə də tərəfimizdən daha sərt tədbirlərin görülməsi istiqamətində işlər aparılır”.

www.yenicag.az

1806
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM