Xəzər dənizinin Azərbaycan sahilində mina AŞKARLANDI

Xəzər dənizinin Azərbaycan sahilində mina aşkarlanıb.

Bu barədə “Report”a DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Liman şəhəri ərazisində dəniz kənarından 1 ədəd tank əleyhinə mina tapılıb.

Mina DİN Daxili Qoşunlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.