Azərbaycanın cənub bölgəsində güclü zəlzələ oldu – FOTO – YENİLƏNDİ

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran stansiyasından 20 km şimal-qərbdə, Lənkəran rayonunda zəlzələ qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Bildirilib ki, yeraltı təkanın maqnitudası 4,8, dərinliyi isə 5 km olub.

Zəlzələ episentrdə 5, ətraf rayonlarda 3-5 bala kimi hiss olunub.

***

11:46

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran rayonunda zəlzələ qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Bildirilib ki, yeraltı təkanın maqnitudası 4,9, dərinliyi isə 10 km olub.

***

11:20

İyulun 26-ı saat 11:03 radələrində Xəzər dənizində zəlzələ baş verib.

Yenicag.az-ın xəbərinə görə, yeraltı təkanlar 4,6 bal gücündə olub.

Zəlzələ Azərbaycanın cənub rayonlarında hiss edilib.