!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xəzər düyünü” açılır? - Sabah Aktauda tarixi qərar verilə bilər  

!Reklam – Yazi

“Yekun sənədin artıq paraflanmış layihədən fərqlənib-fərqlənməyəcəyini söyləmək çətindir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Xəzəryanı dövlətlərin prezidentlərinin sabah Aktauda baş tutacaq sammitində Xəzər dənizinin hüququ statusunun müəyyənləşməsinə dair yekun Konvensiyanın imzalanması gözləntisini dəyərləndirən Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə deyib.

Hikmət Hacızadənin sözlərinə görə, tərəflərin artıq razılaşdırdıqları yekun variantda müəyyən suallar doğuran nüanslar olsa da, sənəd ümumilikdə müsbət qiymətləndirilə bilər:
“Qeyd edim ki, Xəzəryanı dövlətlər artıq sabah qəbul olunması gözlənilən yekun Konvensiyanı paraflayıblar. Bu isə o deməkdir ki, tərəflər SSRİ dağılandan sonra ortaya çıxan və razılığa gəlinməsi mürəkkəb görünən çox mühüm bir məsələ ilə bağlı konsensusa nail olublar.

Diqqəti paraflanmış sənədin Azərbaycan üçün böyük əhəmiyyət daşıyan bəzi məqamlarına yönəltmək istəyirəm. Sənədə əsasən, Azərbaycan və ya digər Xəzəryanı dövlət dənizin dibinin ona aid olan hissəsindən kəmər, yaxud da başqa kommunikasiya vasitəsi tikə bilər.

Bu, çox mühüm məsələdir. Bildiyiniz kimi, Rusiya və İran uzun müddət bu müddəanın qəbul edilməsi ilə razılaşmırdılar. Ancaq artıq həmin maneə aradan qaldırılıb.

Lakin yekun sənədin bəzi mübahisə doğuran nüansları da var. Bu isə ondan ibarətdir ki, Xəzəryanı dövlətlərin hərbi gəmiləri icazə almadan digər dövlətin ərazi sularına daxil ola bilər. Doğrudur, Rusiya indiyə qədər dəfələrlə bu hallara yol verib. Ancaq indi heç olmasa, ortada bu məsələləri tənzimləyən sənəd var.

Bütün hallarda sabah yekun Konvensiyanın qəbul edilməsi çox müsbət hadisə olacaq. Ancaq onu da vurğulayım ki, tərəflərin artıq parafladıqları variant və yekun Konvensiya arasında hansısa fərqlərin olub-olmayacağı hələ məlum deyil”.

A.Zeynalov

www.yenicag.az

1951
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv