“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Con Benjamin Toşakın yeni klubu bəlli olub.
Yenicag.az xəbər verir ki, uelsi mütəxəssis Türkiyədə çalışacaq. O, Super Liqa təmsilçisi “Antalyaspor”la anlaşıb.
Qeyd edək ki, 69 yaşlı Toşak 1997-1999-cu illərdə Türkiyədə “Beşiktaş”ı çalışdırıb.