“Xəzər Lənkəran”ın sabiq futbolçusu vəfat etdi – FOTO

Lənkəranda veteran futbolçu Valeh Zöhrabov vəfat edib.
Yenicag.az xəbər verir ki, bu barədə Cənub Regional Futbol Federasiyasının rəhbəri Sakin Məmmədzadə məlumat verib.
Bildirilib ki, 90-cı illərdə “Xəzər Lənkəran” futbol komandasında çıxış etmiş veteran futbolçu Valeh Zöhrabov ötən gün vaxtsız vəfat edib.