Xəzər Media Mərkəzi Beynəlxalq Qadınlar Günü münasibətilə yeni layihə ərsəyə gətirdi

Xəzər Media Mərkəzinin Araz FM radiosu 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə müğənni Rəsul Əfəndiyevlə birlikdə yeni layihə ərsəyə gətirib.

Azərbaycanın 8 qadın bəstəkarının sevilən mahnıları bu dəfə Rəsul Əfəndiyevin özünəməxsus ifasında dinləyicilərə təqdim olunub.

Yaradıcılığı ilə şöhrət qazanmış Azərbaycan bəstəkarları – Səfiqə Axundovanın, Elza İbrahimovanın, Ruhəngiz Qasımovanın, Nailə Mirməmmədlinin, Aygün Səmədzadənin, Gövhər Həsənzadənin, Elza Seyidcahanın və Zivər Ağayevanın ən məşhur mahnılarından ibarət kompozisiya dinləyicilər üçün bayram sürprizi olub.