Xəzər rayonunda avtomobil yandı

Bakıda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, paytaxtın Xəzər rayonunda “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı bağ sahəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.