Xəzər rayonunda həyətləri və evləri həşaratlar basdı – VİDEO

Nə pəncərələri, nə də qapıları aça bilirlər…

Yenicag.az Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Xəzər rayonu, Binə atçılıq kimi tanınan yaşayış massivindən gedir. Qəsəbənin ikinci sahəsində fərdi evlərdə yaşayan sakinlər həşaratlar əlindən təngə gəldiklərini deyirlər. Başqa sözlə, həyətləri, evləri sürü halında həşaratlar basıb. Əsasən 1 növ olan bu həşaratların yaxınlıqda olan bu həyətdən çıxdığı ehtimal edilir.

İddia edilir ki, burada əvvəllər itlər saxlanıb. Ölən itlər bu həyətdə basdırılıb. İndi isə nə it var nə də orada yaşayanlar. Qapısı isə bir müddətdir ki, bağlıdır.

10-dan çox ailənin üzləşdiyi problemdən aidiyəti qurumlar da xəbərdardır. Ancaq hələlik dərdlərinə çarə tapılmır.

Daha ətraflı videoda:

COP29