!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xəzər TV-də yayımı dayanan məşhur veriliş bu kanalda nümayiş olunacaq - AÇIQLAMA

!Reklam – Yazi

“Xəzər” telekanalında Kamal Dənizin yayımı dayandırılan “Çöl adamı” verilişi yeni mövsümdə başqa televiziyada nümayiş olunacaq.

Bunu Yenicag.az-a açıqlamasında Kamal Dəniz bildirib.

Onun sözlərinə görə, verilişin adı və formatında dəyişikliklər olacaq:

“Xəzər Televiziyası ilə anlaşmadıq, ona görə də oradan çıxdım. Yeni mövsümdə Azərbaycan Televiziyasında layihəmi davam etdirəcəm. Televiziyanın rəbərliyinə minnətdaram ki, bizi dəyərləndirib, işə qəbul etdi. Veriliş “Çöl adamı” macərə axtarışında” adı ilə yayımlanacaq.
Təxminən eyni formatdır, amma müəyyən dəyişikliklər də olacaq. Bu dəfə xarici səfərlərimiz daha çox olacaq, macəra axtarışında olacağıq. Artıq çəkilişlər başlanıb, sentyabrın 15-də ilk veriliş nümayiş olunacaq. Verilişdə tariximiz, təibətimiz, heyvanlar aləmi öz əksini tapacaq. Bilirsiniz ki, peşəkar sualtı üzgüçüyəm. Verilişdə əsas məqsəd dünya dəniz və okeanında sualtı aləm olacaq. Uçuşlar bərpa olunandan sonra Amerika, Kanada, Alyaska, Küveyt, Misirdə çəkilişlərimiz nəzərdə tutulub”.

Cəvahir

www.yenicag.az

1801
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv