!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Xəzər Xəbər"dən video-dərslik: "Zəfər-44: Savaş Gündəliyi" 

!Reklam – Yazi

Murovdan başlayan döyüş əməliyyatları addım-addım izləndi. Ta Şuşaya qədər davam edən Böyük Zəfər yolunun bəzi təfərrüatları işıqlandırıldı.

“Xəzər Xəbər”in xüsusi layihəsi olan “Zəfər -44: Savaş Gündəliyi” məhz bu məqsədlə Vətən müharibəsinin 2-ci ildönümündə tamaşaçıların efir qonağı oldu.

Layihə çərçivəsində Vətən müharibəsinin sənədli video-xronikası yaradıldı, 5 döyüş generalı, 15 Vətən Müharibəsi Qəhrəmanı, 20 hərbi hissə komandiri, 100-dən çox Vətən müharibəsi iştirakçısından müsahibələr götürüldü. Ən çox hərbi əməliyyatların keçirildiyi Füzulinin addım-addım azad olunması, Ağdam və Qırmızıbazarın danışılmayan şiddətli döyüşləri hər gün keçirilən əməliyyatlarla təqdim edildi.

44 gündə baş verənlərin real mənzərəsi yaradılmaqla, həm də video-dərslik ortaya qoyuldu.

Hərbi məsələlər üzrə ekspert Ramil Məmmədli deyir ki, gənclərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsində belə əyani vəsaitlərin xüsusi rolu var.

Çəkilişlər 3 aydan artıq müddətdə döyüşlərin getdiyi ərazilərdə aparıldı. Xüsusi reportaj formatında baş tutan çəkilişlərdə bütün cəbhəboyu döyüş əməliyyatlarına yer verildi. Eyni zamanda informasiyalar bir neçə mənbədən dəqiqləşdirildi. Xüsusi təyinatlıların müəyyən məxfi əməliyyatlarının açılması, bəzi erməni hiylələrinin ifşa edilməsi, hərb elminə yenilik kimi yazılan bir sıra əməliyyatların təfərrüatları ilk dəfə bu reportajlarda yayımlandı. Böyük tamaşaçı rəğbətini qazanan xüsusi reportajlar sosial media və Azərbaycanın internet seqmenti ilə yanaşı, Ermənistan vətəndaşları arasında da kifayət qədər izləyici kütləsi toplaya bildi.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

www.yenicag.az

289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv