Xəzərdə 10 yaşlı uşağı maşın vurdu

Bakının Xəzər rayonununda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Rəhmanov İsmayıl Arif oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır./Report/