Xəzərdə zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, ilkin məlumatlara əsasən yerli vaxtla saat 19:45-də Qaladan 134 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3,8, dərinliyi 60 kilometr olub. Təkanlar hiss olunmayıb.