Xəzərdə 4 BTR batdı

110187_res_01Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçirdiyi “Mərkəz-2015” hərbi təlimləri zamanı Qazaxıstan ordusunun 4 BTR-i Aktau şəhəri yaxınlığında Xəzər dənizində batıb.

Yenicag.az saytı “İnterfax”a istinadən xəbər verir ki, dənizə batan BTR-80 maşınlarında olan 4 əsgər də həlak olub.

Qazaxıstan Müdafiə Nazirliyinin bildirdiyinə görə, BTR-lərdən 4-ü dənizdə 150 metr getdikdən sonra güclü külək və hündür dalğalar nəticəsində batıblar. İki BTR isə sahilə çata bilib.

İnsident Oymaş poliqonu yaxınlığında baş verib. Müdafiə naziri İmanqali Tasmaqambetov insidentin araşdırılması üçün xüsusi qurp yaradıb.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “Mərkəz-2015” təlimləri sentyabrın 14-də başlayıb. Təlimlərdə 95 min hərbçi, 7 mindən çox hərbi texnika, 170 təyyarə və gəmilər iştirak edir.

Təlimlər zamanı KTMT üzvü olan ölkələrin silahlı qüvvələrin təhdidlərə qarşı birgə idarə olunması sınaqdan keçirilir. Manevrlərə Mərkəz Hərbi Dairəsinin qoşunları, Xəzər donanması, habelə Qazaxıstan Silahlı Qüvvələrinin operativ bölmələri cəlb edilib.