Oktyabrın 12-də Xəzər dənizində maqnitudası 4.9 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Yenicag.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 15:47-də qeydə alınıb.
Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.