Bu gün Xəzər dənizində daha bir zəlzələ olub.
Bu barədə Yenicag.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 10:32-də qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 3,1, dərinliyi isə 62 km olub.
Qeyd edək ki, bu gün Xəzər dənizində daha iki zəlzələ qeydə alınıb.